Apr 22, 2025 17:42 Asia/Baku
  • Bəqai: Rusiya İranın nüvə məsələsində konstruktiv rol oynayıb

İran Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, Rusiyanın İranın nüvə məsələsində həmişə konstruktiv və müsbət rolu olub.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi Səudiyyə Ərəbistanının Tehran və Vaşinqton arasında dolayı danışıqlarda vasitəçiliyi ilə bağlı medialarda yayılmış xəbərləri rədd edib və deyib: "Bütün bu iddialar sadəcə olaraq şayiələr və mediaların fərziyyələridir və həqiqətə uyğun deyil". 

Bəqayi Rusiyanın bu danışıqlardakı rolu haqqında əlavə edib: "Biz inanırıq ki, Rusiya gələcəkdə İranın nüvə məsələsində mühüm rol oynamağa davam edəcək. Hal-hazlrda İran-ABŞ danışıqlarının ilkin mərhələsindəyik və nüvə problemi ilə bağlı dəqiq proqnozlar verə bilmək üçün hələlik Vaşinqtonla təfərrüatlara girməmişik. Bununla belə, biz Rusiyanın nüvə məsələsində konstruktiv və müsbət rolunu həmişə xatırlayırıq və hesab edirik ki, rus dostlarımız da lazım gəldikdə öz konstruktiv rollarını oynamağa hazırdırlar". 

İran Xarici İşlər Nazirliyinin sözçüsü İranın əsas tələbinin qeyri-qanuni sanksiyaların nəzərəçarpacaq və tam təsirli nəticələri olan bir şəkildə aradan qaldırılması olduğunu bildirib və əlavə edib: "Danışıqlar nisbətən müsbət atmosferdə keçib və sabah, çərşənbə günündən etibarən Omanda ekspertlər səviyyəsində davam etməsi planlaşdırılır".