Əraqçi: Çin və Rusiya İranın strateji tərəfdaşlarıdır
Apr 23, 2025 12:05 Asia/Baku
Bu səfər zamanı İran İslam Respublikasının Prezidenti cənab Məsud Pezeşkiyanın məktubunu Çin rəhbərliyinə təqdim edəcəyəm. Çin Xalq Respublikası ötən dövrlərdə, xüsusən də İranın nüvə proqramı məsələsində mühüm və konstruktiv rol oynamışdır. Əminik ki, bu prosesin davamında da Çin həmin mühüm və konstruktiv mövqeyini qoruyub saxlayacaq.
Çin hər zaman İranın nüvə məsələsinə dair müsbət mövqe sərgiləmişdir və biz bu dəstəyə görə minnətdarıq. Hazırkı mərhələdə Çin həm İran ilə ABŞ arasında aparılan danışıqları dəstəkləyir, həm də bu prosesdə fəal iştirak və əməkdaşlığa hazır olduğunu bəyan etmişdir. Bu mövzunun müxtəlif aspektlərini bu gün ətraflı şəkildə müzakirə edəcəyik.