Pakistanın xarici işlər naziri Əraqçi ilə telefon əlaqəsi saxladı
Apr 26, 2025 10:51 Asia/Baku
Pakistanın baş nazir müavini və xarici işlər naziri "Məhəmməd İshaq Dar" cümə axşamı İranın xarici işlər naziri Seyid Abbas Əraqçi ilə telefon danışığı aparıb. Danışıq zamanı Pakistan və Hindistan arasındakı ikitərəfli münasibətlərlə bağlı son hadisələr müzakirə olunub.
Danışıqda Pakistanın xarici işlər naziri Hindistanla bağlı son hadisələri şərh edib və İranın məsuliyyətli mövqeyinə görə təşəkkürünü bildirib.İranın xarici işlər naziri hadisəyə görə təəssüfünü bildirib, tərəfləri təmkinə çağırıb və gərginliyin azaldılması üçün yardım etməyə hazır olduqlarını vurğulayıb.