Apr 26, 2025 16:21 Asia/Baku
  • İranlı tennisçi Bosniya turnirində çempion olub

İranın stolüstü tennis dahisi Benyamin Fərəci sloveniyalı rəqibinə qalib gələrək Bosniyada keçirilən "Youth Contender" turnirinin qalibi olub və bu yarışlarda İran üçün ikinci qızıl medalı qazanıb.

Benyamin Fərəci yarışın son günündə sloveniyalı Miha Podobniki 3:1 hesabı ilə məğlub edərək, bu turnirin çempionu olub.Fərəci finala çıxmazdan əvvəl Slovakiya, Xorvatiya, İtaliya və Çexiyadan olan rəqiblərini məğlub edərək gücünü və bacarığını nümayiş etdirib.İran bu yarışlarda 19 yaşadək kateqoriyasında Benyamin Fərəci və 11 yaşadək kateqoriyasında Nikan Şirvaninin qazandığı 2 qızıl medalla öz işinə yekun vurub.