Qazaxıstan Şəhid Rəcəi limanında xüsusi terminal üçün sərmayə memorandumu imzaladı
Apr 30, 2025 14:09 Asia/Baku
İran və Qazaxıstan Şəhid Rəcai Limanı sahillərində xüsusi terminal və logistika mərkəzi tikmək üçün investisiya memorandumu imzalayıblar.
Bu anlaşma, regional nəqliyyat və tranzit əməkdaşlıqlarını gücləndirmək məqsədilə imzalanıb. Memorandum İranın Limanlar və Dənizçilik Təşkilatının Tranzit, Logistika və Sazişlər Baş direktoru Kazım Salehi ilə Qazaxıstanın Ticarət və İnteqrasiya Nazirliyinin İxracın İnkişafı Korporativ Fondu rəhbəri Məhəmməd Kaldıbayev tərəfindən imzalanıb.