Təbriz-Bakı-Təbriz aviareysinin bərpasını müzakirə edilir
https://azeri.sahartv.ir/news/İran-i419981-təbriz_bakı_təbriz_aviareysinin_bərpasını_müzakirə_edilir
Azərbaycan və İran arasında Təbrizdən Bakıya və əks istiqamətdə birbaşa aviareysin bərpası imkanları nəzərdən keçirilir.
(last modified 2025-05-01T06:19:04+00:00 )
May 01, 2025 10:17 Asia/Baku
  • Təbriz-Bakı-Təbriz aviareysinin bərpasını müzakirə edilir

Azərbaycan və İran arasında Təbrizdən Bakıya və əks istiqamətdə birbaşa aviareysin bərpası imkanları nəzərdən keçirilir.

Şərqi Azərbaycan valisi Bəhram Sərməst bu barədə bildirib ki, bu addım İran və Azərbaycan Respublikası arasında iqtisadi, o cümlədən turizm əlaqələrinin inkişafına əhəmiyyətli təsir göstərəcək.

Bundan başqa, B.Sərməst qeyd edib ki, İran və Azərbaycan universitetləri arasında tələbə mübadiləsi barədə razılıq əldə olunub. Bununla əlaqədar Azərbaycanda təhsil alan İran tələbələri üçün sərhəd keçidinin sadələşdirilməsi, həmçinin İran və Azərbaycan universitetləri arasında tələbə mübadiləsi və birgə elmi-tədqiqat və texnoloji layihələrin həyata keçirilməsi kimi əməkdaşlıq istiqamətləri müzakirə olunub.