İraqçı: Ədalətli razılaşmaya çatmaq əzmindəyik
Hər zamandakından daha çox ədalətli və balanslı bir razılaşmaya çatmaq əzmindəyik. Bunu, İran xarici işlər naziri deyib.
Seyid Abbas İraqçı sosial şəbəkələrin birində yerləşdirdiyi mesajda belə qeyd edib: Biz omanlı və amerikalı tərəflərlə yanaşı, logistik və texniki səbəblərə görə, müzakirələrin dördüncü raundunu təxirə salmaq qərarına gəldik.
Bizim müzakirələrdə bir həll yoluna çatmaq üzrə əzmkarlığımızda heç bir dəyişiklik baş verməyib- deyən İraqçı vurğulayıb: Əslində, biz hər zamandakından daha çox ədalətli və balanslı bir razılaşmaya çatmaq əzmindəyik: Elə bir razılaşma ki, sanksiyaların bitməsinə zəmanət versin və İranın nüvə proqramının həmişəlik olaraq dincməqsədli qalacağı barədə etimad yaratsın. Eyni zamanda, bu razılaşmada İranın hüquqlarına tam şəkildə riayət olunacağı haqda zəmanət verilsin.