May 10, 2025 12:35 Asia/Baku
  • ABŞ ilə dolayı danışıqların 4-cü raundu bazar günü başlayacaq

İran xarici işlər naziri Seyid Abbas Əraqçi Tehranın ABŞ-la dolayı danışıqların dördüncü raundunun keçirilməsinə razılıq verdiyini açıqlayıb.

Seyid Abbas Əraqçi ABŞ ilə dolayı danışıqların dördüncü raundunun bazar günü başlayacağını elan edərək, deyib: 

"Danışıqların başlama vaxtını və yerini ev sahibi olan Oman müəyyən edir". 

İraqçi bildirib: "Omanlı dostlar bazar günü haqqında soruşdular və biz razılaşdığımızı elan etdik. Görünür, onlar qarşı tərəflə də danışıblar və hələlik danışıqlar mayın 11-i bazar gününə planlaşdırılıb". 

İraqçi danışıqların gedişi ilə bağlı əlavə edib: "İstənilən halda danışıqlar irəliləyir və təbiidir ki, nə qədər çox irəliləyiş əldə ediriksə, bir o qədər daha çox məsləhətləşmələrə və nəzərdən keçirməyə ehtiyacımız olacaq. Bundan əlavə, qaldırılan məsələləri nəzərdən keçirmək üçün nümayəndə heyətlərinə daha çox vaxt lazımdır. Amma vacib olan odur ki, biz tədricən təfərrüatlara girmək üçün bir yolda irəliləyirik".

İran ilə ABŞ arasında dolayı danışıqların dördüncü raundu iki həftə fasilədən sonra sonra keçiriləcək. Bu danışıqların üçüncü raundu aprelin 26-da Omanda keçirilib.