May 11, 2025 13:05 Asia/Baku
  • Şimal-Cənub Dəhlizinin Xəzər dənizi marşrutu inkişaf etdirilir

İran və Rusiya Şimal-Cənub Beynəlxalq Nəqliyyat dəhlizinin Xəzər dənizi üzrə marşrutunu inkişaf etdirməkdə maraqlıdır.

İran İslam Respublikasının yol və şəhərsalma nazirinin müavini və İranın Limanlar və Dənizçilik Təşkilatının sədri Səid Rəsuli Rusiyanın nəqliyyat nazirinin müavini Dmitri Zverevlə telefon söhbətində deyib ki, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin bütün marşrutları İran və Rusiya üçün diqqət mərkəzində duran dəhlizlərdən biridir: Əsasən də Xəzər dənizi üzrə yükdaşıma və tranzitin artırılması hər iki ölkə üçün prioritet təşkil edir.Rəsuli bildirib ki, İran və Rusiya arasında dəniz nəqliyyatı konsorsiumunun təşkil olunması məqsədilə gələn iki ay ərzində Rusiyanın Mahaçqala şəhərində dövlət və qeyri-dövlət nümayəndələrinin iştirakı ilə iclas keçiriləcək.Nazir müavini əlavə edib ki, ticarət əməkdaşlığının inkişaf etdirilməsi və Xəzər dənizində logistika və tranzit imkanlarının artırılması iki ölkə rəsmiləri tərəfindən maraqla qarşılanır.Onun sözlərinə görə, limanlarda rüsumların eyniləşdirilməsi, gömrük prosedurlarının sadələşdirilməsi, Xəzər dənizi vasitəsilə yüklərin daşınması, iki ölkə limanlarında konteyner daşınmasının artırılması İran tərəfindən təklif olunan planlardır.Telefon söhbətində Rusiya nəqliyyat nazirinin müavini Dmitri Zverev də bildirib ki, Rusiya Nəqliyyat Nazirliyi İran tərəfinin təkliflərini müsbət qarşılayır və dəniz və liman sahələrində əməkdaşlıq məqsədilə İranla tam razılaşma əldə etmək niyyətindədir.