İranın qırmızı xətti var, onu keçmək olmaz
Nüvə proqramı ilə bağlı dialoq davam etdirilir
May 11, 2025 13:07 Asia/Baku
İran İslam Respublikası nüvə proqramı ilə bağlı ABŞ, Avropa ölkələri, Çin və Rusiya ilə danışıqları davam etdirir.
İranın xarici işlər naziri Seyid Abbas Əraqçi Qətərin paytaxtı Dohada, ABŞ ilə növbəti – dördüncü danışıqlar raundu öncəsi açıqlama verib.Əraqçi qeyd edib ki, İran nüvə silahı əldə etməyə çalışmır, lakin xalqının dinc nüvə texnologiyalarından istifadə etmək hüququndan da geri çəkilməyəcək.Xatırladaq ki, İranın xarici işlər naziri şənbə günü Səudiyyə Ərəbistanına səfərindən sonra Dohaya gəlib. Mayın 11-də isə Oman Sultanlığında İran və ABŞ arasında nüvə məsələsi üzrə dolayı danışıqların dördüncü raundunun keçirilməsi planlaşdırılıb.