May 12, 2025 14:16 Asia/Baku
  • İran heç bir halda dinc nüvə nailiyyətlərindən imtina etməyəcək

İran İslam Respublikasının prezidenti Məsud Pezеşkiyan bəyan edib ki, İran dinc nüvə enerjisini inkişaf etdirmək istəyini təsdiqləmək və heç vaxt hüquqlarından imtina etməmək üçün ABŞ ilə dolayı danışıqlar aparır.

Tehranda Nazirlər Kabinetinin iclasında çıxış edən hökumət başçısı deyib: “Biz müharibəyə can atmadığımızı sübut etmək üçün danışıqlar aparırıq və razılıq əldə etməyə çalışırıq, lakin İranın nüvə obyektlərindən imtinanın müzakirəsi qəbuledilməzdir”.

Prezident əlavə edib ki, İran heç vaxt nüvə silahı əldə etməyə çalışmayıb və çalışmayacaq, lakin heç bir şəraitdə dinc nüvə enerjisinə olan hüquqlarından və sülhməramlı nüvə nailiyyətlərindən imtina etməyəcək.

Pezеşkiyanın sözlərinə görə, nüvə texnologiyaları ölkənin səhiyyə, kənd təsərrüfatı və sənaye sahələrində irəliləməsi üçün həlledici əhəmiyyət kəsb edir və İran təzyiqlər altında hüquqlarından əl çəkməyəcək.