Prezidentin siyasi müşaviri: Tehran-Bakı razılaşmalarının icrası gündəmdədir
May 21, 2025 15:45 Asia/Baku
İran Prezidentinin siyasi müşaviri Mehdi Sənayi, Azərbaycan Prezidentinin köməkçisi ilə görüşündə iki ölkə arasındakı əlaqələrin inkişaf etdiyini bildirib. O deyib ki, Tehran-Bakı arasında əldə olunan razılaşmaların icrası prezidentin göstərişi ilə hazırda icraedici qurumların gündəmindədir.
Mehdi Sənayi həmçinin iki xalq arasında birbaşa əlaqələrin vacibliyini vurğulayıb. O, Azərbaycanın son qərarı – İrana uçuşların artırılması və bank əməkdaşlığının genişləndirilməsini müsbət addım kimi qiymətləndirib. Sonda ümidvar olduğunu bildirib ki, tezliklə quru sərhədlərlə bağlı da yeni açılımlar olacaq.