May 21, 2025 18:27 Asia/Baku
  • İraqçi: Biz heç vaxt diplomatiyadan əl çəkməmişik

İran xarici işlər naziri ABŞ ilə dolayı danışıqların vəziyyəti ilə bağlı suala cavab olaraq, İranın daha əvvəl əsassız tələblərə cavab verdiyini vurğulayıb.

Seyid Abbas İraqçi bu gün İran Xarici İşlər Nazirliyində Hüseyn Əmir Abdullahianın şəhadətinin birinci ildönümü və “Xidmət Şəhidləri”nin xatirəsinə həsr olunmuş mərasim çərçivəsində İran və ABŞ arasında davam edən dolayı danışıqların vəziyyətinə dair sualı cavablandırarkən, deyib: Biz daha əvvəl qarşı tərəfin əsassız tələblərinə cavab verib və bu qeyri-adi açıqlamalar danışıqların irəliləməsinə kömək etmir.”

İraqçi davam edib: “Bizim mövqeyimiz tamamilə aydındır; razılaşma olsa da, olmasa da  zənginləşdirmə davam edəcək. Amma digər tərəflər İranın sülh proqramı ilə bağlı daha çox şəffaflıq istəsələr, biz buna hazırıq. Lakin bunun müqabilində nüvə proqramı ilə bağlı iddialar səbəbindən tətbiq edilən qəddar  sanksiyaların aradan qaldırılmasına dair müzakirələr aparılmalı və bu sanksiyalar aradan qaldırılmalıdır