May 27, 2025 10:18 Asia/Baku
  • İnqilab Rəhbəri Qəzzədə cinayətlərin dayandırılması üçün təsirli tədbirlərin görülməsi vaciblilyini vurğulayıblar

İslam İnqilabının Ali Rəhbəri Pakistanın baş naziri Şahbaz Şərif və onu müşayiət edən nümayəndə heyətilə görüşdə Pakistanın İslam dünyası məcmuəsindəki xüsusi yerinə işarə ediblər. O həzrət sionist rejimin Qəzzədəki cinayətlərini dayandırmaq üçün İran və Pakistanın birgə və təsirli fəaliyyətlərinin vaciblilyini vurğulayıblar.

İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei görüşün əvvəlində Pakistanla Hindistan arasındakı müharibənin başa çatmasından razılıq ediblər.
Pakistanla Hindistan arasındakı ixtilafların həllinə ümid ifadə edən İnqilab Rəhbəri, Pakistanın keçən illər ərzində Fələstin məsələsindəki çox yaxşı və güclü mövqeyinə toxunublar.

Son illər sionist rejimlə əlaqə qurmaq üçün islami ölkələr arasında daim vəsvəsənin mövcud olduğu bir halda, Pakistan heç vaxt bu vəsvəsələrin təsiri altına düşməyib- deyə, İslam İnqilabının Ali Rəhbəri bildiriblər.

İran İslam Respublikası və Pakistan qarşılıqlı əməkdaşlıqla İslam dünyasında və Fələstin məsələsində təsiredici ola bilərlər- deyən İnqilab Rəhbəri vurğulayıblar ki: Biz İslam dünyasının gələcəyinə nikbinik və bir çox hadisələr bizim nikbinliyimizi təsdiqləyir.

İran-Pakistan əlaqələrini daim səmimi və qardaşcasına adlandıran və bu qardaşcasına əlaqələrin nümunəsi kimi Pakistanın İraqın İrana qarşı müharibəsi boyu tutduğu yaxşı mövqeyə işarə edən Həzrət Ayətullahuluzma Xamenei iki ölkənin müxtəlif istiqamətlərdəki hazırkı həmkarlıqlarını təvəqqe edilən səviyyədən çox aşağı dəyərləndiriblər.

İnqilab Rəhbəri ilə görüşündən çox məmnun qaldığını bildirən Şahbaz Şərif də öz növbəsində, Pakistanla Hindistan arasında yaranmış böhranı yatırtmaq sahəsindəki müsbət roluna görə, İran İslam Respublikasına minnətdarlıq ifadə edib.

Son toqquşmalarla əlaqədar hadisələri dilə gətirən  Pakistan baş naziri Qəzzə məsələsinə işarə edib və belə deyib: Təəssüflər olsun ki, beynəlxalq ictimaiyyət Qəzzə faicəsinə son qoymaq üçün heç bir təsirli tədbir görmür.