May 30, 2025 18:09 Asia/Baku
  • Su problemlərinin fürsətlərə çevrilməsinin açarı

İranın birinci vitse-prezidenti Tacikistanda keçirilən «Təbii buzlaqların qorunması» adlı beynəlxalq konfransda su problemlərinin idarə olunması və onların stabil fürsətlərə çevrilməsi üçün beynəlxalq əməkdaşlıqların önəminə təkid edib.

«Təbii buzlaqların qorunması» adlı beynəlxalq konfrans bu gün beynəlxalq təşkilatlar və onlarla ölkənin nümayəndələrinin iştirakı ilə Tacikistanda keçirilib.

İranın birinci vitse-prezidenti Məhəmməd-Rza Arif konfransdakı çıxışında İranın quru iqlim şəraitinə işarə edib. Bildirib ki: İran daima təbii buzlaqlar və qar ərintisindən əldə olunan su ehtiyatlarından son dərəcə asılı olub. İran dünyanın ən qədim sivilizasiyalarından biri kimi, min illər boyu, xüsusən, su azlığı zamanı suyun idarə olunmasında özəl ənənəvi sistem yaradıb. Buxarlanmadan suyun nəqli üzrə yeraltı şəbəkələrə malik kəhrizlərin və suvarma şəbəkəsinin inşası, həmçinin suyun toplanması həll yollarından sayılır və İran sivilizasiyası məhz ona söykənibdir.

O, əlavə edib: Bu gün İran yerli biliyi modern texnologiyalarla birləşdirməklə suyun idarəçiliyində ənənəvi sistemlə modern sistem arasında bir körpü yaradıb. Biz istifadəyə yararlı infrastrukturlar və mədəni irs kimi tarixi strukturların qorunmasının kənarında geniş inkişaf layihələri icra etmişik. Bu layihələr su təmizləyiciləri, təkrar emal texnologiyası, qabaqcıl texnologiyalara malik təzyiq altında olan modern suvarma sistemləri və su bəndlərinin inşasına şamil olur.