May 31, 2025 12:24 Asia/Baku
  • Avstriyanın müvəqqəti işlər vəkili İran XİN-ə çağırılıb

Avstriya Kəşfiyyat Agentliyinin İranın nüvə proqramı ilə bağlı yanıltıcı hesabatının dərcindən sonra İran Xarici İşlər Nazirliyi Avstriyanın Tehrandakı müvəqqəti işlər vəkilini çağırıb.

Avstriya Kəşfiyyat Agentliyinin illik qiymətləndirməsində İranın sülhməramlı nüvə proqramı ilə bağlı əsassız iddianın ardınca, Avstriyanın Tehrandakı səfirliyinin müvəqqəti işlər vəkili xanım Mixaela Baxer cümə günü İran Xarici İşlər Nazirliyinə çağırılıb və İranın kəskin etirazı ona çatdırılıb. 

Bu görüşdə İran Xarici İşlər Nazirliyinin Qərbi Avropa üzrə Birinci Departamentinin rəhbəri Avstriya Kəşfiyyat İdarəsinin illik qiymətləndirmə hesabatında yer alan iddianı rədd edərək, bunun Beynəlxalq Atom Enerjisi Agentliyinin çoxsaylı hesabatları ilə tam ziddiyyət təşkil etdiyini qeyd edib və İranın nüvə proqramının İran İslam Respublikasının Nüvə Silahlarının Yayılmaması Müqaviləsi üzrə beynəlxalq hüquqi öhdəliklərinə tam uyğun olduğunu bildirib.

Əlireza Mollaqədimi Avstriya kəşfiyyatının İranın nüvə proqramının sülhməramlı olmasını heç bir əsas və dəlil olmadan şübhə altına alan hərəkətlərini məsuliyyətsiz və təxribat xarakterli adlandırıb və bununla bağlı Avstriya hökumətindən rəsmi izahat tələb edib.

Avstriyanın müvəqqəti işlər vəkili bəyan edib ki, İran İslam Respublikasının etirazını öz hökumətinə çatdıracaq.