İran qırmızı xətt çəkdi; Zəngəzur dəhlizinə və Qafqazda geosiyasi dəyişikliyə yox dedi
İran İslam Respublikası bir daha Zəngəzur bölgəsində geosiyasi dəyişikliyə səbəb ola biləcək istənilən plan və addıma qəti şəkildə qarşı olduğunu bildirib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İranı “Zəngəzur dəhlizi” layihəsini dəstəkləməyə çağıran son açıqlamalarından sonra İran Xarici İşlər Nazirliyinin yüksək səviyyəli rəsmisi Tehranın Qafqaz regionunun sərhədləri və geosiyasətində hər hansı dəyişikliyə qarşı olduğuna dair qəti mövqeyini bəyan edib.
İranın xarici işlər nazirinin müavini “NEWS.am”a müsahibəsi zamanı deyib: "İranın əsas narahatlığı əlaqə və tranzit kimi terminlərin yanlış anlaşılmasıdır. Ona görə də, İran davamlı olaraq, ayırmaq deyil, birləşdirməyə dair mövqeyinə israr edir".
Səid Xətibzadə Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın "Tehran Dialoq Forumu"nda iştirakına toxunaraq, izah edib ki, İran "Ermənistanın Sülh Kəsişməsi" kimi əməkdaşlıq və qarşılıqlı hörmətə əsaslanan alternativ layihələri müsbət qarşılayır. İranın mesajı aydındır. Regional kommunikasiyalarla bağlı istənilən ideya əhatəli olmalıdır və heç bir ölkənin təcridinə və ya kənarlaşdırılmasına səbəb olmamalıdır. keçidlər haqqında danışarkən və kəsişmə dedikdə, hamının istifadə edə biləcəyi marşrut nəzərdə tutulur, lakin Zəngəzur “dəhlizi” indiki təfsiri ilə İran və Ermənistanın çıxışını kəsmək deməkdir.
İranlı diplomat əlavə edib ki, regionun onilliklər ərzində mövcud olan geosiyasi və geostrateji mənzərəsini dəyişdirən istənilən layihə region ölkələrinin heç birinin xeyrinə deyil.
Xətibzadə vurğulayıb ki, bu regionda mütləq ümumi anlaşma və qarşılıqlı məqbul həll yolları olmalıdır. Beynəlxalq hüquqa və region ölkələrinin, o cümlədən Ermənistanın suverenliyinə hörmət edilməlidir.
Türkiyə və Azərbaycanın mübahisəli Zəngəzur dəhlizini işə salmaq cəhdləri fonunda Xətibzadə bu sürətli və aydın reaksiya ilə bir daha İranın Qafqaz regionunda qırmızı xətlərini bəyan etdi və regional aktorlar arasında güc balansının mürəkkəbliyini vurğuladı. İranın mövqeyi bir əsas prinsipə əsaslanır: iqtisadi əməkdaşlığı və əlaqələ yaratmağı dəstəkləmək, lakin digərlərini təcrid etmək və ya regionun strateji xəritəsini dəyişdirmək bahasına başa gələn layihələrə qəti şəkildə qarşı çıxmaq.