May 31, 2025 21:23 Asia/Baku
  • İraqçi: İran nüvə silahlarını rədd etməkdə həmişə bayraqdar olub

İranın xarici işlər naziri deyib: "Nevə enerjisi İran xalqının ayrılmaz hüququdur. Biz nüvə silahlarını rədd etməkdə həmişə bayraqdar olmuşuq".

Seyid Abbas İraqçi İran Xarici İşlər Nazirliyinin əməkdaşlarından bir qrupunun İslam İnqilabının dahi banisinin amalları ilə əhd-peymanlarını təzələməsi mərasimi zamanı etdiyi çıxışında deyib: "İmam Xomeyni (r.ə.) İslam İnqilabının memarı olaraq həm də İslam Respublikası və İslam İnqilabının xarici siyasətinin memarıdır. Və İmam Xomeyninin (r.ə) nöqteyi-nəzərincə xarici siyasətin əsas bünövrəsi xarici hegemonluğu rədd etmək üzərində qurulub və biz hazlrki və keçmiş danışıqlarda buna əsasən hərəkət etdik".   

İraqçi İranın zənginləşdirmə haqqını vurğulayaraq, deyib: "Qarşı tərəflər deyirlər ki, İranda uranın zənginləşdirilməsi olmamalıdır. Bu bir növ hegemonluqdur və onlar öz hegemoniyalarını İran xalqına qəbul etdirə bilməzlər. 

İranın xarici işlər naziri bildirib ki, ölkəsi nüvə silahına malik olmağa qarşıdır. İran bu məsələd onlarla ortaq mövqeyə malikdir, lakin qarşı tərəf Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən irəli gələn öhdəlikləri yerinə yetirməyib və hətta onun əksini edib. 

İraqçi davam edib: "Qarşı tərəflərin sırf narahat olduqları üçün İran xalqını və gələcək nəsilləri öz hüquqlarından məhrum etməyə haqqları yoxdur. Dinc nüvə enerjisinə sahib olmaq İranın ayrılmaz hüququdur."