İran Fransanın İran vətəndaşını həbs etməsinə reaksiya verib
Fransanın bu ölkədə yaşayan İran vətəndaşı Məhdiyə İsfəndiyarini həbs etməsini, Fransanın məhkəmə və təhlükəsizlik sisteminin girovgötürmə hərəkəti hesab edirik. Bunu, İran xarici işlər nazirinin konsulluq məsələləri üzrə müavini bəyan edib.
Bu addım insan hüquqlarına qarşı bir hərəkətdir və biz var gücümüzlə Məhdiyə İsfəndiyarinin azadlığı uğrunda səy göstəririk- deyə, iranlı rəsmi bildirib.Məhdiyə İsfəndiyarinin yüz gün müddətinə həbs olunmasına işarə edən Vəhid Cəlalzadə deyib: Məsələ İran tərəfindən ciddi şəkildə təqib olunur və indiyə kimi xanım İsfəndiyariyə qarşı heç bir möhkəm hüquqi dəlil təqdim olunmayıb.Bizim və xanım İsfəndiyarinin vəkilinin təqibləri göstərir ki, o, məzlum Qəzzə əhalisinə və Fələstin xalqının amallarına bəzi dəstək fəaliyyətlərinə görə, həbs olunub.Vəhid Cəlalzadə deyib: Özlərini dünyada demokratiyanın beşiyi hesab edən fransızlar təəssüflər olsun ki, bu/ hüquqa zidd hərəkətə əl atıblar.