İyun 02, 2025 12:54 Asia/Baku
  • İslami: Zənginləşdirmənin heç bir alternativi yoxdur

İranın Atom Enerjisi Təşkilatının rəhbəri dedyib: "Zənginləşdirmə nüvə sənayesinin təməli və əsasıdır və bu, İran üçün alternativi olmayan qırmızı xəttdir".

Məhəmməd İslami bazar günü milli televiziyaya müsahibəsində İran İslam Respublikasının nüvə proqramı ilə bağlı ən mühüm baxışlarını və Tehranın MAQATE-nin son hesabatına münasibətini şərh edib. 

İranın Atom Enerjisi Təşkilatının rəhbəri zənginləşdirməni nüvə sənayesinin əsası hesab edərək, deyib: "Bu məsələ İran İslam Respublikası üçün qırmızı xətt kimi tanınır. Heç kim iddia edə bilməz ki, İranın zənginləşdirmə haqqı yoxdur, çünki bu məsələ onun öz çərçivələrindən, qanunlarından və tələblərindən asılıdır. Mövzunu aydınlaşdırmaq üçün sadə bir misal çəkim: Elektrik enerjisi sənayesi qurmaq niyyətində olan ölkəyə demək olarmı ki, onun yalnız yarımstansiyalara və elektrik ötürücü şəbəkələrinə sahib olmasına icazə verilir, lakin elektrik stansiyasına sahib olmaq hüququ yoxdur? Nüvə sənayesində zənginləşdirmə elektrik sənayesində elektrik stansiyası kimidir; Yəni bütün prosesin əsası hesab olunur.

İslami zənginləşdirmənin alternativinin olmadığını vurğulayaraq, əlavə edib: "Zənginləşdirmə olmadan yanacaq dövrü olmayacaq və yanacaq dövrü olmadan müxtəlif sahələrdə, o cümlədən tibb və sənayedə tədqiqat və tətbiqi fəaliyyətlərin aparılması imkanları itiriləcək". 

O, sözlərinə belə davam edib: İranın nüvə fəaliyyətləri  Beynəlxalq Atom Enerjisi Agentliyinin nəzarəti altındadır və İran Nüvə Silahlarının Yayılmaması Müqaviləsi və təminatlar haqqında saziş çərçivəsindəki öhdəliklərinə sadiqdir.

İslami Beynəlxalq Atom Enerjisi Agentliyinin son hesabatını tənqid edərək, bu hesabatın siyasi təzyiqlər və sionist rejimin təsiri altında hazırlandığını bildirib.