İyun 03, 2025 12:37 Asia/Baku
  • İran üçün Livanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü prioritetdir

İran XİN başçısı Seyid Abbas Əraqçi Beyrutun Rafiq Həriri hava limanına daxil olanda bildirib ki, İran və Livan arasında münasibətlər qarşılıqlı hörmət və ortaq maraqlar əsasında davam edəcək.

O vurğulayıb ki, Livanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün qorunması həm İran, həm də bütün region üçün çox önəmlidir. İran Livanın suverenliyini və ərazi bütövlüyünü hər zaman dəstəkləyib və İsrailin işğalçılığına qarşı dayanacaq.Əraqçi əlavə edib ki, bu dəstək dost ölkənin Livandakı dostlarına verilən dəstəkdir və heç bir şəkildə Livanın daxili işlərinə müdaxilə kimi qiymətləndirilməməlidir.

Bugün o, Livanın prezidenti, parlament sədri, baş naziri və xarici işlər naziri ilə görüşəcək və ümid edir ki, yeni regional şəraitdə iki ölkə arasında yeni münasibət mərhələsi başlayacaq.