Rəhbərin zənginləşdirmə prosesinin qorunmasına dair vurğusu ərəb mediasının gündəmində
Ərəb dilli media orqanları Ayətullah Xameneinin İmam Xomeyninin vəfatının 36-cı ildönümündə etdiyi çıxışı geniş şəkildə işıqlandırıblar. Xüsusilə də İranın torpaqlarında uranın zənginləşdirilməsinin vacibliyinə etdiyi vurğu diqqət çəkib.
"Əl-Qüds" xəbər saytının məlumatına görə, Ayətullah Xamenei deyib: “Amerika İranın nüvə proqramını zəiflədə bilməz”. O həmçinin soruşub: “Siz kimsiniz ki, bizə deyəsiniz nüvə proqramımız olsun, ya olmasın?”Fələstinli ərəblərə məxsus "Kull əl-Ərab" saytı yazıb ki, Ayətullah Xamenei bəyan edib: Tehran minlərlə təxribat planını puça çıxarıb və bəzilərinə birbaşa cavab verilib.İraqın "Bağdad Alyaum" saytı isə rəhbərin “Tehran zənginləşdirmədən imtina etməyəcək” sözlərini geniş şəkildə yayıb. O bildirib: İran tam nüvə yanacağı istehsal edə bilir və dünyada bunu bacaran az sayda ölkə var.