İyun 04, 2025 17:58 Asia/Baku
  • Rəhbərin nüvə danışıqları ilə bağlı ciddi və qəti mövqeyi xarici medianın gündəmindədir

İran İslam İnqilabının banisi İmam Xomeyninin (r.ə) vəfat ildönümü mərasimində Ali Rəhbərin çıxışı xarici medianın geniş diqqətini çəkib. Bu media orqanları, xüsusilə, ABŞ-la aparılan nüvə danışıqları barədə Ali Rəhbərin mövqeyinə xüsusi yer ayırıblar.

Amerika xəbər kanalı ABC News, “İranın Ali Rəhbəri deyib ki, Tehran uran zənginləşdirməni dayandırmayacaq” başlığı ilə xəbəri yayımlayaraq bildirib: İranın lideri ABŞ-la nüvə danışıqları barədə şübhələrini ifadə edib və bu danışıqlardan nəticə gözləmədiyini deyib.Bu Amerika mediası qeyd edib ki, İranın Ali Rəhbəri ABŞ rəsmilərinə – Tehranın zənginləşdirməni dayandırmasını istəyənlərə – ciddi və qətiyyətli bir tonla xəbərdarlıq edib.Fransa xəbər agentliyi “İranın lideri deyir ki, ABŞ-ın uran zənginləşdirmə ilə bağlı söz deməyə haqqı yoxdur” başlıqlı xəbərində bildirib: İranın Ali Rəhbəri çərşənbə günü deyib ki, ABŞ İranın nüvə proqramında zənginləşdirmə məsələsində söz sahibi deyil.