Rusiya İranda 8 atom elektrik stansiyası tikəcək
İslam Şurası Məclisinin Milli Təhlükəsizlik Komissiyasının sözçüsü bəyan edib ki, Rusiya İranda səkkiz atom elektrik stansiyası tikəcək.
İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvləri bazar ertəsi günü sözçüsü Atom Enerjisi Təşkilatının müxtəlif şöbələrini, o cümlədən Tehran Tədqiqat Reaktorunu və təşkilatın qərargahındakı radiodərmanların istehsal kompleksini ziyarət ediblər.
Komissiyasının sözçüsü İbrahim Rzayi deyib: "Buşəhr Atom Elektrik Stansiyasının ikinci və üçüncü bloklarının tikintisi tamamilə İran şirkətləri tərəfindən həyata keçirilib.
Rzayi əlavə edib: "Atom Enerjisi Təşkilatının rəhbərinin bildirdiyinə görə, Rusiya ilə əldə edilən razılaşmaya əsasən, bu ölkə İranda səkkiz elektrik stansiyası tikəcək ki, onlardan dördü Buşəhrdə olacaq".
Rzayi, həmçinin deyib ki, nüvə sənayesinin dəstəklənməsi İran xalqının istəyidir, çünki ölkənin gələcəyinə zəmanət verir.