İyun 11, 2025 11:57 Asia/Baku
  • Müzakirə heyətimizə zənginləşdirmə elementi olmayan plan barədə müzakirəyə icazə verilmir

İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin İranın nüvə proqramı barədəki son hesabatına əsasən, vurğulayıb: Hazırkı hesabata İranın nüvə fəaliyyətləri barədə heç bir şübhə daxil olmayıb. Hesabatda yalnız deyilibdir ki; «İran daha artıq əməkdaşlıq etməli idi».

Dünən axşam İranın nüvə işinin agentlikdəki vəziyyətinə həsr olunmuş «Eksklüziv informasiya dialoqu» verilişində iştirak edən İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildiribdir ki, İranın nüvə proqramı dincməqsədli yoldan əsla yayınmayıb və İranın nüvə məsələsi elə əvvəldən, tamamilə siyasi bir qərar olubdur.

Agentliyin yeni hesabatında gələn bütün hallar əslində keçmişin eksqumasiyasıdır; yəni, 2015-ci ildə nüvə anlaşmasına əsasən ümumiyyətlə bitmiş məsələnin bərpa edilməsi, agentliyin idarə heyətinin qətnaməsinə və agentliyin rəsmi hesabatına əsasən elan olunmuşdu ki, bu məsələlər həll olunub- deyə, İsmayıl Bəqayi bildirib.

İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi həmçinin söyləyib: Agentliyin baş direktorunun rolu, konstrutiv rol olmayıb. O, İranın nüvə proqramının dincməqsədli olduğunu bilə-bilə, yenə də öz hesabatında qətnaməni işləyib hazırlayanlar üçün sui-istifadə imkanı yaradan/ ibarələrdən istifadə edib.

Bir ölkənin nüvə təsisatlarına qarşı hər hansı təhdid, beynəlxalq sülh və təhlükəsizliyə qarşı təhdid hesab olunur. Qrossi, sionist rejimin təhdidləri üçün «məntiq qayırmaq» yerinə, onu pisləməlidir- deyə, Bəqayi əlavə edib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü vurğulayıb: İran heç vaxt nüvə sahəsində dincməqsədli yoldan çıxmaqla hədələməyib və Qərb ölkələrinin iddia etdikləri nigarançılıq sionist rejimin saxta məlumatlarına əsaslanır.