MAQATE-nin Direktorlar Şurasının qətnaməsinə cavab olaraq, İranın əməli addımları
İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd Eslami Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin İdarə Heyətinin qəbul etdiyi anti-İran qətnaməsinə cavab olaraq təhlükəsiz yerdə yeni zənginləşdirmə mərkəzinin işə salınacağını açıqlayıb.
İran Xarici İşlər Nazirliyi və İranın Atom Enerjisi Təşkilatı MAQATE-nin İdarə Heyətində ABŞ və Avropa üçlüyünün qətnamənin təsdiq edilməsi ilə bağlı hərəkətini pisləyib və bunu heç bir texniki və hüquqi əsas olmadan Direktorlar Şurasının siyasi məqsədlər üçün təkrar istismarı kimi qiymətləndirib.
Bəyanatda deyilir:
İran İslam Respublikası həmişə MAQATE-nin nəzarət mexanizmi çərçivəsindəki öhdəliklərinə sadiq qalıb və indiyədək Agentliyin hesabatlarının heç birində İranın öz öhdəliklərinə əməl etməməsi və ya İranın nüvə materialları və fəaliyyətlərində hər hansı bir yayınması qeyd edilməyib.
Agentliyin hesabatını tamamilə siyasi və qərəzli hesab etdiyimizə baxmayaraq, bu dörd ölkə daha da irəli gedərək, əsas müddəaları baş direktorun həmin siyasi hesabatına zidd olan qətnamə layihəsi hazırlayıblar. Bu ölkələr öz siyasi məqsədlərini güddükləri və İranın hazırkı nüvə fəaliyyətlərində heç bir qeyri-müəyyənlik tapmadıqları üçün 25 il əvvələ aid olan iddiaların sorağına gedərək, onların bəzilərini yenidən qabartmağa çalışıblar, halbuki Agentliyin 2015-ci ilin noyabrında qəbul etdiyi qətnaməyə əsasən keçmişə aid bütün iddialar bağlanıb.
Dörd ölkənin bu hərəkətləri elə bir haldadır ki, sionist rejimin Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən kənarda qalması və nüvə silahları da daxil olmaqla, kütləvi qırğın silahları proqramını inkişaf etdirməsinə səssiz qalıblar və rejimin müqaviləyə üzv ölkələrin dinc nüvə obyektlərinə hücum etmək təhdidləri qarşısında heç bir tədbir görməyiblər. Digər tərəfdən, ABŞ, Britaniya və Fransa Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin 6-cı maddəsinə əsasən nüvə tərksilahı ilə bağlı öhdəliklərini yerinə yetirməyiblər və Almaniya da bu ölümcül və qeyri-insani silahlara ev sahibliyi edir.
Dörd ölkənin bu hərəkəti Beynəlxalq Atom Enerjisi Agentliyinin etibarını və nüfuzunu tamamilə şübhə altına alıb və bu beynəlxalq qurumun siyasi mahiyyətini daha da aşkar edib.
Bu, həmişə öhdəliklərinə sadiq qalan və Agentliklə geniş əməkdaşlıq edən bir ölkəyə münasibətdə bu siyasi yanaşma bizi belə bir qənaətə gətirir ki, əməkdaşlıq və qarşılıqlı fəaliyyət siyasəti əks nəticə verir. Bu baxımdan, bu qətnamənin əleyhinə səs verən və ya bitərəf qalan Direktorlar Şurasına üzv dövlətlərə təşəkkür etməklə yanaşı, onun lehinə səs verən ölkələrin siyasi hərəkətini qınayır və pisləyirik.
Daha əvvəl elan etdiyimiz kimi, İran İslam Respublikasının bu siyasi qətnaməyə cavab verməkdən başqa yolu yoxdur. Bu kontekstdə, İranın Atom Enerjisi Təşkilatının rəhbəri tərəfindən təhlükəsiz yerdə yeni zənginləşdirmə mərkəzinin işə salınması, Şəhid Doktor Əli Məhəmmədi və ya Fordo adına zənginləşdirmə mərkəzindəki birinci nəsil avadanlıqlarını qabaqcıl altıncı nəsil avadanlıqlarla dəyişdirilməsinə dair zəruri göstərişlər verilib.
Digər tədbirlər də planlaşdırılır ki, daha sonra elan ediləcək.