SEPAH yeni raket hücumları dalğası ilə bağlı bəyanat yayıb
İslam İnqilabı Keşikçiləri Korpusunun İctimaiyyətlə Əlaqələr Şöbəsi yaydığı bəyanatda bildirib ki, SEPAH-ın Aerokosmik Qüvvələri "Sadiq-Vəd 3" əməliyyatı çərçivəsində geniş raketlər və dronlardan istifadə edərək, yeni hücumlar dalğasına başlayıb.
Bəyanatda deyilir: "Sionist rejimin hücum və cinayətlərinə cavab olaraq, "Sadiq Vəd- 3" hücum əməliyyatları çərçivəsində bu rejimin təyyarələrin yanacağını istehsal edən obyektləri və enerji təchizatı mərkəzləri çoxlu sayda dron və raketlərlə hədəfə alınıb.
Bəyanatda vurğulanıb ki, sionist rejimin hücumları və təxribatları davam edərsə, İran İslam Respublikası Silahlı Qüvvələrinin hücum əməliyyatları daha şiddətli və daha geniş miqyasda davam edəcək.
Bəyanatda bildirilib ki, İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH-ın Aerokosmik Qüvvələrinin hava hücumundan müdafiə sistemi ölkənin müştərək hava hücumundan müdafiə qərargahının komandanlığı altında ölkə daxilində toqquşmaların baş verdiyi bölgələrdə sionist rejim ordusuna məxsus 3 qanadlı raket, 10 pilotsuz uçan aparat və onlarla kiçik uçan aparatı müvəffəqiyyətlə ələ keçirərək, məhv edib.