İran Ordusunun baş komandanı Ali Məqamlı Rəhbərə məktub yazıb
https://azeri.sahartv.ir/news/İran-i420702-İran_ordusunun_baş_komandanı_ali_məqamlı_rəhbərə_məktub_yazıb
İran İslam Respublikası Ordusunun baş komandanı general-mayor Əmir Hatəmi deyib: "Uşaq öldürən və saxta sionist rejimə sərt və təsirli zərbələr endirdik".
(last modified 2025-06-15T11:10:50+00:00 )
İyun 15, 2025 15:10 Asia/Baku
  • İran Ordusunun baş komandanı Ali Məqamlı Rəhbərə məktub yazıb

İran İslam Respublikası Ordusunun baş komandanı general-mayor Əmir Hatəmi deyib: "Uşaq öldürən və saxta sionist rejimə sərt və təsirli zərbələr endirdik".

İran İslam Respublikası Ordusunun baş komandanı bu vəzifəyə təyin edildikdən sonra bir müraciət ünvanlayaraq, Ali Məqamlı Rəhbərin ona göstərdiyi etimad və diqqətə görə öz təşəkkürünü bildirib və İslam İnqilabının amallarına və şəhidlərin qanına sədaqətini bir daha təsdiqləyib.O, əlavə edib: "İnqilabi Ordunun cəsur və fədakar əsgərləri ilə birlikdə İran İslam Respublikasının müstəqilliyini, ərazi bütövlüyünü və müqəddəs quruluşunu son nəfəsinə qədər qoruyacağıq".