SEPAH-DAN TRAMPA XƏBƏRDARLIQ: CƏFƏNGİYYATINI DAYANDIR
SEPAH: Trampın sərsəm bəyanatı onun İranın qarşısındakı ağır məğlubiyyətdən irəli gəlir
İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH-ın sözçüsü bildirib ki, Trampın sərsəm söhbətləri onun İranın qarşısındakı ağır məğlubiyyətdən irəli gəlir.Briqada generalı Əli Məhəmməd Nayini vurğulayıb ki, bu gün İran tarixində qalıcı və taleyüklü bir gün kimi qeydə alındı. Dünya İran xalqının birliyi, qeyrəti, izzəti və müqavimətinin əzəmətli cilvəsinə şahidlik etdi. Xalqın şəhidlərin dəfn mərasimində geniş iştirakı düşmənlərə qüdrət və qətiyyət mesajı verdi, xalqın iqtidar şəhidlərinin fədakarlığına görə dərin minnətdarlığını nümayiş etdirdi.O əlavə edib: Trampa tövsiyəmiz budur ki, gözlərini açsın və cəfəng bəyanatını və qeyri-sabit davranışlarını dayandırsın. On iki günlük müharibədə sarsıdıcı məğlubiyyət açıq şəkildə onun pərişanlığına və tarazsızlığına səbəb olub və həmin məsələ onun düşünülməmiş söhbətlərinə təkan verib.Nayini izah edib ki, sionist rejim və Tramp nəinki bəyan etdikləri məqsədlərinə nail ola bilmədilər, həm də İranın raket zərbələrinin davam etdirilməsini sionist rejimin mövcudluğu üçün ciddi təhlükə kimi qiymətləndirdilər. Tramp hələ də İran xalqının əsl güc komponentlərini dərk edə bilmir və İslam İnqilabının Ali Məqamlı Rəhbərinin buyurduğu kimi, “ağzından yekə danışır”.“Tramp axmaqcasına təsəvvürü budur ki, əsassız söhbətləri ilə İran xalqının qələbəsi ilə bağlı qlobal təsəvvürü dəyişdirə biləcək, halbuki reallıq başqa şeydir”, - deyə o, əlavə edib.