İyun 27, 2025 16:00 Asia/Baku
  • İraqçı: İran, Livan deyil

Amerikalılar diplomatiyaya xəyanət etdilər. Bunu, İran İslam Respublkiasının xarici işlər naziri Seyid Abbas İraqçı deyib. Bildirib ki, bu anadək müzakirənin yenidən başlanması üçün heç bir vəd və razılıq verilməyib.

İran xarici işlər naziri Seyid Abbas İraqçı İran televiziyasının xüsusi informasiya dialoqu verilişində iştirak edib və müxtəlif mövzular, xüsusən də Amerikanın müzakirələrə xəyanət etməsi barədə izahatlar verib.İraqçı İrana təcavüz barədə belə deyib: İslam İnqilabının Ali Rəhbəri buyurdular ki, İran «təslim» terminini tanımır. İki nüvə rejimi, nüvə silahına malik iki digər ölkənin köməyi ilə səfərbər olub, plan qurdular ki, İranı sındırsınlar və əlli-illik bir mübarizəyə son qoysunlar, amma, müvəffəq olmadılar. Bu, İran tarixində qalacaq. Bütün iranlılar vahid şəkildə ölkəni müdafiə edirdilər. Onlar bizim məğlubedilməzliyimizi göstərdilər.İraqçı əlavə edib: Biz bütün yazışmalarda dedik ki, bu təcavüz, diplomatiyaya xəyanət və müzakirələrin pozulması deməkdir. Dünya hazırda bizə haqq verir.İran xarici işlər naziri söyləyib: Xarici siyasət/ beynəlxalq səhnədə İran xalqının haqlılıq səsini çatdırmaqla hərəkət etdi. Biz bu cəhətdən, üstün mövqeyə malik idik.O, əlavə edib: Bir sıra ölkənin məqsədi, sionist rejimi himayə/ və bizi/ ölkəmizi müdafiə etməməyə vadar etmək idi. Bəziləri çəkinməyə və atəşkəsə çağırdılar. Bunu bizim məntiqimiz qəbul etmirdi, zira, biz təcavüzə məruz qalmışdıq və ölkəni müdafiə edirdik.İraqçı sonra belə söyləyib: İslam Əməkdaşlığı Təşkilatının qətnaməsi,/ ərəb və islami ölkələrin və digər təşkilatların bu təcavüzü pisləmələri, yaxşı idi. Biz İran xalqının haqlı olduğunu göstərmək və beynəlxalq dəstəyi cəlb etmək üçün meydana girdik.İran xarici işlər naziri müharibənin dayandırılması barədə isə belə deyib: Qərar çıxaran mərkəzlərin qəbul etdikləri siyasət bu idi ki, əgər düşmən önşərt olmadan dayanarsa, İran da öz cavablarına xitam verəcək. Zira, hücum edən tərəf, onlar idilər.Onlar Tehran vaxtı ilə səhər saat dörddən etibarən, hücumları dayandırmağa hazır olduqlarını bildirdilər. Biz nəticə etibarı ilə elan etdik ki, atəşkəsi qəbul etmirik, amma, əgər sionist rejim öz hücumlarını davam etdirməzsə, bizim də davam etdirmək niyyətimiz yoxdur- deyə, İran xarici işlər naziri bildirib.Sionist rejim acizlik üzündən hücumları dayandırmaq nöqtəsinə çatdı- deyən İraqçı əlavə edib: Sionist rejim xahiş etdi ki, əməliyyatlar dayandırılsın. Olduqca təsirli olan son zərbələr məhz bizim silahlı qüvvələrimiz tərəfindən vuruldu- deyə, İraqçı qeyd edib.İran xarici işlər naziri vurğulayıb: Mən açıq şəkildə üçüncü tərəflərə dedim ki, sionist rejimə desinlər ki, İran Livan deyil və əgər onlar bir hərəkət edərlərsə, biz cavab addımı atacağıq. Ümid edirəm ki, atəşkəsə hörmət edəcəklər, zira, biz güzəştə getməyəcəyik. Bir avropalı tərəflə telefon əlaqəsində açıq şəkildə dedim ki, onlara desinlər ki, İran Livan deyil və əgər atəşkəsi pozarlarsa, İran cavab verəcək- deyə, İran xarici işlər naziri vurğulayıb.