Müdafiə Nazirliyinin sözçüsü: Sionist rejimin belini qıracağıq; İlk dəfə yeni raketdən istifadə olundu.
İyun 17, 2025 17:01 Asia/Baku
General Təlayi-Nik xəbər kanalına verdiyi açıqlama:
Xalqımız hazırda məcburi bir müharibənin içindədir, düşmən isə xalqın gücünə və potensialına zərbə vurmağa çalışır.
Biz müdafiə mövqeyində olsaq da, həm hücum, həm də müdafiə imkanlarımızdan tam şəkildə istifadə edirik.
Müdafiə cəbhəmiz genişdir və xalq birlikdə bu prosesdə iştirak edir.
Düşmən ilk gündən qadın və uşaqlara qarşı hücumu ilə əsl simasını göstərdi.
Sionist rejimin uzunmüddətli müharibəyə tab gətirəcək gücü yoxdur və yaxın zamanda belini qıracağıq.
Bu gün ilk dəfə yeni bir raketdən istifadə etdik və sionistlər bunu belə hiss etmədi – bu cür sürprizlər davam edəcək