Bəqayi: Həqiqət sanksiya ilə yatırılmayacaq
İran Xarici İşlər Nazirliyinin rəsmi nümüyəndəsi Fələstində insan hüquqları üzrə xüsusi məruzəçinin ABŞ tərəfindən sanksiya edilməsinə reaksiya verib. Vurğulayıb ki: O, həqiqəti bəyan/ və soyqırım, qəsbkarlıq və aparteid qarşısında müqavimət etdiyinə görə, sanksiya olunub, amma, həqiqəti sanksiya ilə yatırmaq olmaz.
İran Xarici İşlər Nazirliyinin rəsmi nümüyəndəsi İsmayıl Bəqayi, “X” platformasında, Fələstindəki insan hüquqları üzrə xüsusi məruzəçini himayə istiqamətində belə yazıb: Həqiqəti sanksiya ilə yatırmaq olmaz. İşğal olunmuş Fələstin ərazilərində insan hüquqlarının vəziyyəti üzrə məruzəçi- xanım Françeska Albaneze həqiqəti bəyan və soyqırım, qəsbkarlıq və aparteid qarşısında müqavimət etdiyinə görə, sanksiya olunur və quldurluğa məruz qalır.
Bu sanksiya ilə bir zamanda, hərbi cinayətkar kimi Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən təqib olunan Benyamin Netanyahu, Vaşinqtonda qarşılanır- deyən Bəqayi vurğulayıb: Siz açıq-aşkar və hərtərəfli ikiüzlülük nümayiş etdirirsiz və dünya buna tamaşa edir.
ABŞ dövlət katibi Marko Rubio bildiribdir ki, BMT-nin Fələstin məsələləri üzrə xüsusi məruzəçisi Françeska Albaneze İsrailin Qəzzəyə qarşı müharibəsi barədə təhqiqat apardığı üçün sanksiya ediləcək.