İyul 13, 2025 15:42 Asia/Baku
  •  İranın Agentliklə əməkdaşlığı Ali Milli Təhlükəsizlik Şurası vasitəsilə həyata keçiriləcək

İranın xarici işlər naziri deyib: «Hazırda bizim Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlığımız dayandırılmayıb, lakin baş vermiş hadisələr və dəyişikliklər səbəbindən, bundan sonra parlamentin qəbul etdiyi qanuna uyğun olaraq, İranın Agentliklə bütün fəaliyyət və əməkdaşlıqları Ali Milli Təhlükəsizlik Şurası vasitəsilə həyata keçiriləcək.»

Seyid Abbas Əraqçi Tehranda səfirlər, müvəqqəti işlər vəkilləri, xarici və beynəlxalq nümayəndəliklərin rəhbərləri ilə görüşündə bu təcavüzü və İranın nüvə obyektlərinə hücümü pisləyən və İranla həmrəyliklərini bildirib, başsağlığı verən ölkələrə minnətdarlığını bildirib və deyib:"Təəssüf ki, bəzi ölkələr bu aydın beynəlxalq hüquq pozuntusu və təcavüzü qınamaq istəmədilər. Halbuki Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Fars Körfəzi Əməkdaşlıq Şurası, Ərəb Liqası, BRİKS, Şanxay Əməkdaşlıq Təşkilatı və digər ölkələr və təşkilatlar da daxil olmaqla 120-dən çox ölkə bu hücumları qınadı.

Biz gözləyirdik ki, BMT Təhlükəsizlik Şurası da sülh və təhlükəsizliyin təminatçısı kimi bu hücumu pisləsin, lakin ABŞ və digər üzvlərin təzyiqi səbəbindən bu baş vermədi".İran xarici işlər naziri əlavə edib:

"Beynəlxalq Atom Enerjisi Agentliyi və eləcə də qurumun baş direktorunun bu hücumu pisləməməsindən təəssüf edirik. Həqiqət budur ki, bu hücumlar zamanı İranın obyektlərinə ciddi zərər dəyib. Amma bundan daha çox Nüvə Silahlarının Yayılmaması Müqaviləsi və beynəlxalq hüquq və qaydalara zərbə dəyib. Hazırda da bizim Agentliklə əməkdaşlığımız dayandırılmayıb, lakin baş verən hadisələr və dəyişikliklərə əsasən, bundan sonra parlamentin qanununa uyğun olaraq, İranın Agentliklə bütün fəaliyyətləri və əməkdaşlıqları Ali Milli Təhlükəsizlik Şurası vasitəsilə həyata keçiriləcək və Agentliyin müraciətləri İranın maraqları əsasında ayrıca şəkildə dəyərləndiriləcək və cavablandırılacaq".Əraqçi davamında deyib: "Hücuma məruz qalmış nüvə obyektlərində radioaktiv materialların yayılması və qalan sursatların partlaması riski ciddidir.

İran üçün MAQATE müfəttişlərinin bu ərazilərə daxil olması təhlükəsizlik və müfəttişlərin sağlamlığı baxımından diqqətlə araşdırılmalıdır".Əraqçi, İranın 20 ildən artıqdır ki, nüvə proqramının sülhməramlı olduğunu bu məsələdən narahat olan ölkələrə sübut etməyə çalışdığını bəyan edərək, deyib: "Biz İranın nüvə proqramının İslam İnqilabının Ali Məqamlı Rəhbərinin Fətvasına əsasən, dinc məqsədli olduğunu və bu cür də qalacağını sübut netmək üçün bütün yolları getmişik".