Ayətullah Nuri Həmədaninin Ali Məqamlı Rəhbəri təhdid edənlər haqqında müharib hökmü Qumda araşdırılıb
https://azeri.sahartv.ir/news/İran-i420864-ayətullah_nuri_həmədaninin_ali_məqamlı_rəhbəri_təhdid_edənlər_haqqında_müharib_hökmü_qumda_araşdırılıb
Ayətullah Hüseyn Nuri Həmədaninin Ali Məqamlı Rəhbəri və dini mərcəiyyəti təhdid edənlərin müharib kimi tanınmasına dair fətvası fonunda, bu hökmün fiqhi və hüquqi ölçüləri Qum Dini Elmlər Hövzəsində bir sıra professor və tədqiqatçıların da iştirak etdiyi elmi toplantıda araşdırılıb.
(last modified 2025-07-13T08:29:13+00:00 )
İyul 13, 2025 12:27 Asia/Baku
  • Ayətullah Nuri Həmədaninin Ali Məqamlı Rəhbəri təhdid edənlər haqqında müharib hökmü Qumda araşdırılıb

Ayətullah Hüseyn Nuri Həmədaninin Ali Məqamlı Rəhbəri və dini mərcəiyyəti təhdid edənlərin müharib kimi tanınmasına dair fətvası fonunda, bu hökmün fiqhi və hüquqi ölçüləri Qum Dini Elmlər Hövzəsində bir sıra professor və tədqiqatçıların da iştirak etdiyi elmi toplantıda araşdırılıb.

Bu toplantıda Maidə surəsinin 33-cü ayəsinə, eləcə də mötəbər İslami rəvayətlərə istinad edilərək, Rəhbərlik məqamına qarşı xüsusilə də raketlər və ya pilotsuz təyyarələr kimi vasitələrlə hərbi təhdidin irəli sürülməsi Allahla əsl müharibənin açıq-aşkar nümunəsi hesab olunub. 

Bu toplantıda qeyd olunub ki, "Allahla Müharibə" təkcə küçədə silah çəkmək deyil, həm də uzaqdan olsa belə, döyüş gücünə və silaha arxalanaraq İslam cəmiyyətinin və yüksək rütbəli din xadimlərinin təhlükəsizliyini təhdid edən istənilən fərd və ya qrup "müharib" dairəsində yerləşir.