İyul 14, 2025 16:14 Asia/Baku

Öz pakistanlı həmkarını qarşılayan İran daxili işlər naziri deyib: Pakistanın sədaqətli və qətiyyətli addımı əməldə göstərdi ki, iki dövlət və xalq dost və qardaşdır.

İran daxili işlər naziri İsgəndər Mömini Pakistan daxili işlər nazirini qarşılama mərasimində əlavə edib: Sionist rejimin İrana qarşı hücumunu qətiyyətlə pislədiyinə görə, dost və qardaş Pakistanın hökuməti, parlamenti və xalqına xüsusi minnətdarlığıımı bildirməliyəm. Pakistanın sədaqətli və qətiyyətli addımı əməldə göstərdi ki, iki dövlət və xalq dost və qardaşdır və müxtəlif sahələrdə anlaşmalar və həmkarlıqları artırmaq üçün böyük imkanlara malikdir.

Pakistan daxili işlər naziri Seyid Möhsün Nəqəvi də öncə İran, İraq və Pakistan daxili işlər nazirlərinin üçtərəfli görüşünə ev sahibliyi etdiyi üçün İran daxili işlər nazirinə təşəkkür edib. Onikigünlük müharibənin baş verməsi və sözügedən iclasın təxirə düşməsindən təəssüf ifadə edən pakistanlı nazir bildiribdir ki: İki xalq bundan qabaq da bir-birinin kənarında olub, lakin müharibədən sonra bu bağlılıq və həmrəylik daha da dərinləşibdir.