İyul 16, 2025 11:37 Asia/Baku
  • İran sanksiya və hərbi təcavüzlərlə mübarizə üzrə mexanizmin yaradılmasını istəyib

İran xarici işlər naziri Seyid Abbas İraqçı Şanxay Əməkdaşlıq Təşkilatının multilateralizmi müdafiə sahəsindəki aparıcı roluna təkid edib. O, hibrid müharibələr, birtərəfli sanksiyalar və hərbi təcavüzlərlə mübarizə üzrə mexanizmlərin yaradılmasını istəyib.

İran İslam Respublikasının xarici işlər naziri Şanxay Əməkdaşlıq Təşkilatının xarici işlər nazirlərinin Çində keçirilən iyirmi beşinci iclasındakı çıxışında sionist rejimlə Birləşmiş Ştatların İrana qarşı son hücumuna işarə edib. İraqçı bu hücumu aşkar təcavüz, həmçinin qadınlar, uşaqlar, universitet işçiləri və hərbi komandanlar da daxil olmaqla 6850 nəfərdən çox insanın şəhid olması və yaralanması ilə nəticələnən günahsız insanlara qarşı fəlakətli cinayət adlandırıb.

Bu hücumları NPT paktı, MAQATE müahidələri və BMT Nizamnaməsinin aşkar şəkildə pozulması adlandıran İraqçı vurğulayıb ki, Amerika dinc nüvə təsisatlarına hücumla birbaşa şəkildə bu təcavüzdə iştirak edib.

Beynəlxalq ictimaiyyətin sionist rejimin cinayətləri qarşısındakı sükutu və zəifliyinə toxunan İraqçı xəbərdarlıq edib ki, Qərbin qeyd-şərtsiz himayəsinin davam etməsi, sionist rejimin toxunulmazlığını gücləndirib və region sülhünü təhlükəyə salıb.

Şanxay Əməkdaşlıq Təşkilatının ölkələrin suverenliyi və multilateralizmin müdafiəsi istiqamətindəki aparıcı rolunu vurğulayan İran xarici işlər naziri hibrid müharibələr, birtərəfli sanksiyalar və hərbi təcavüzlərlə mübarizə üzrə mexanizmlərin yaradılmasını istəyib.

O, həmçinin rəsmi surətdə Şanxay Əməkdaşlıq Təşkilatının sammit şurasından İrana təcavüz məsələsini araşdırması və   Tehrana lazımi real və siyasi dəstək verməsini istəyib.