İyul 16, 2025 14:03 Asia/Baku
  • İran İsrailin hava hücumundan müdafiə sistemlərinə sızmanın yolunu tapıb

"Wall Street Journal" qəzeti öz reportajında İranın sionist rejimlə 12 günlük münaqişədə raket hücumlarının diqqətəlayiq uğurunu etiraf edərək, yazıb: “Tehran sınaq və səhv vasitəsilə ilə İsrailin hava hücumundan müdafiə sistemlərinə nüfuz etməyin yolunu tapıb”.

"Wall Street Journal" qəzetinin məlumatına görə, İran və İsrail arasındakı son müharibə mürəkkəb raket əleyhinə müdafiə sistemlərinə malik ölkələr və onlara sahib olmaq istəyənlər üçün xəbərdarlıq idi.

Qəzet İranın 12 gün ərzində sionist rejim qarşısında artan müvəffəqiyyətini etiraf edərək, əlavə edir: İran İsrailin müdafiə sistemlərini deşərək, dünyanın ən qabaqcıl sistemlərinin belə nüfuz ediləsi olduğunu göstərdi.

"Wall Street Journal"ın analitiki qeyd edir ki, İranın raket və pilotsuz təyyarələrinin əksəriyyəti vurulduqdan sonra, Tehran taktikasını dəyişdi və sınaq və səhv vasitəsilə İsrailin raketdən müdafiə sistemlərində boşluqlar tapdı.

Son 12 günlük müharibədən əldə edilən məlumatları və şəkilləri təhlil edən raketdən müdafiə sahəsinin ekspertlərinin fikrincə, Tehran müharibənin növbəti mərhələsində İranın dərinliklərində yerləşən daha geniş diapazondan daha qabaqcıl və daha uzun mənzilli raketlər atmağa başladı.

Analitiklərin fikrincə, İran həm də hücumların vaxtını və sxemini dəyişib və hədəflərin coğrafi yayılmasını artırdı.