İyul 18, 2025 11:00 Asia/Baku
  • ABŞ müzakirələri sülh üçün deyil, müharibə üçün istəyir

Bir məlumatlı yüksək vəzifəli iranlı siyasi mənbə Press TV ilə müsahibədə bildirib ki, İran ötən müzakirələrin dərslərini danışıqların yeni mərhələsində tətbiq edib və öncəki mexanizm və iş gündəmi ilə danışıqlara girməyəcək.

O, ABŞ-ın müzakirələrin başlanması üzrə xahişinə toxunub. Bildirib ki, müzakirələr regionun təhlükəsizlik reallıqları ilə uyuşmalıdır.

Hələlik bizim fikrimizcə, müzakirələrin hədəfi, növbəti müharibədə İsrailin zəifliyinin əvəzini çıxmaqdır. Bizim məlumatlarımız göstərir ki, ABŞ müzakirələri sülh üçün deyil, müharibə üçün istəyir- deyən iranlı mənbə vurğulayıb: Əgər belədirsə, biz özümüzün və başqalarının vaxtını hədər etmək istəmirik. Biz enerjimizi müharibə üzərində təmərküzləşdirməyə üstünlük veririk.

O, əlavə edib: Əgər yeni müzakirələr formalaşmalı olacaqsa, ciddi və real zəmanətlər olmalıdır. Bu danışıqlar bir təhlükəsizlik hiyləsini ört-basdır etmək üçün deyildir.

Bu iranlı mənbə əlavə edib: Belə bir tələbi təmin edən şərtlər var. Birinci şərt budur ki, sionist rejimin nüvə proqramına və kütləvi qırğın silahlarına ciddi şəkildə baxılsın. Regionda heç kəs qəbul etməyəcək ki, region tərkisilah edilsin və belə bir qaniçən rejim hər gün silahlanmış olsun.

O, İsrailin mötəbər şəkildə tənbeh olunması və İrana kompensasiyanın ödənilməsini müzakirələrin digər şərti elan edib və deyib ki, əks halda, müzakirə/ yenidən müharibənin müqəddiməsi olacaq.

O, söyləyib: Bu, Amerikanın problemidir və biz onu necə həll etmək istədiklərini bilmirik. Biz cənab Uitkoff-un müharibə gətirən tərəf deyil, həll yolu üzrə vasitəçi olması barədə zəmanətlər almalıyıq. Bu zəmanətin verilməsi çox çətin bir işdir, lakin biz bir daha fürsət verməyə və Amerikanın bu barədəki sözünü dinləməyə və onun bu istiqamətdəki real addımlarını görməyə hazırıq.