İyul 18, 2025 11:03 Asia/Baku
  • İran son Suriya hadisələrindən nigarançılıq edib

İran xarici işlər naziri öz misirli həmkarı ilə telefon söhbətində Suriyada baş verən son hadisələrdən nigarançılıq edib.

İran xarici işlər naziri Seyid Abbas Əraqçı və Misir xarici işlər naziri Bədr Əbdülati dünən gecə bir telefon söhbətində regiondakı son olaylar ətrafında fikir mübadiləsi aparıblar.

İraqçı bu telefon danışığında Suriyada baş verən son hadisələrdən, sionist rejimin bu ölkəyə və Livana qarşı hücumlarından və Qəzzədə törətdiyi soyqırımın davam etməsindən son dərəcə nigarançılıq ifadə edib.

İran xarici işlər naziri bütün regionun sabitliyi və təhlükəsizliyini qarışdıran İsrail rejiminin militarist və ekspansianist siyasətlərilə mübarizə üçün region ölkələrinin ahəngdar addım atmalarının vacibliyini vurğulayıb.

Misir xarici işlər naziri də öz növbəsində ölkəsinin Suriyanın ərazi bütövlüyünə, bu ölkədəki bütün azlıqların hüquqlarının qorunmasına və Suriyanı parçalamaq üzrə səylərlə mübarizəyə dəstəyə dair mövqeyinə təkid edib