İran və Rusiya Xəzər dənizdə hərbi təlim keçirəcək
İran və Rusiya Hərbi Dəniz Qüvvələri Xəzər dənizində birgə təlim keçirməyə hazırlaşır.
CASAREX- 2025 adlı birgə dəniz xilasetmə və yardım təlimi Xəzər dənizində iyulun 21-dən başlayacaq və üç gün davam edəcək.
Təlim “Təhlükəsiz və əmin-aman Xəzər dənizi üçün birlikdə” şüarı altında və İran Hərbi Dəniz Qüvvələrinin şimal donanmasının ev sahibliyi ilə keçiriləcək.
Təlimdə İran Ordusunun və SEPAH-ın Hərbi Dəniz Qüvvələri, İran İslam Respublikasının Hüquq-mühafizə Komandanlığı və Rusiya Federasiyasının Hərbi Dəniz Qüvvələri, eləcə də Xəzəryanı ölkələrdən dəvət olunmuş müşahidəçilər iştirak edəcək.
Məqsəd Xəzər dənizində dəniz təhlükəsizliyini gücləndirmək, fövqəladə hallarda birgə reaksiya imkanlarını artırmaq və region ölkələri arasında hərbi əməkdaşlığı genişləndirməkdir.