İyul 21, 2025 18:05 Asia/Baku
  • İran və Rusiya Xəzər dənizində birgə hərbi təlim keçirir - AKTUAL

Rusiya Federasiyası ilə İran İslam Respublikasnın iştirakı ilə Xəzər dənizində "Birgə Yardım, Xilasetmə və Dəniz Təhlükəsizliyi - 2025" təlimi keçirilir.

Bu məlumata əsasən, təlimin əsas mərhələsinə İran İslam Respublikası və Rusiya donanmalarının və Xəzəryanı ölkələrin müşahidəçilərinin iştirakı ilə koordinasiya görüşlərindən sonra dördüncü İmam Rza (ə) İran İslam Respublikasının Hərbi Dəniz Qüvvələrinin dəniz zonasında bu gün start verilib.

Təlimin məqsədi dəniz asayişini və təhlükəsizliyini təkmilləşdirmək, o cümlədən Xəzəryanı ölkələrin donanmaları arasında qarşılıqlı dəniz əlaqələrini artırmaqdır.

Bu arada Amerikanın Newsweek jurnalı bir məqalədə İran və Rusiyanın Xəzər dənizində keçirdiyi birgə hərbi-dəniz təlimlərinə toxunaraq, bu təlimin Tehran-Moskva əməkdaşlığının gücləndiyini göstərmək və ABŞ-yə mesaj vermək məqsədi daşıdığını qeyd edib.

İRNA-nın bu Amerika nəşrinə istinadən verdiyi məlumata görə, İran və Rusiya ABŞ-yə qarşı bir çağırış olaraq Xəzər dənizində birgə dəniz təlimlərinə başlayıblar.

Newsweekin analitiki bu təlimi, İsrailin İranın nüvə obyektlərinə hücumundan bir neçə həftə sonra İran və Rusiya silahlı qüvvələrinin əməkdaşlığını ABŞ-yə mesaj kimi şərh edib. Yazı müəllifinin fikrincə, Tehran İsraillə 12 günlük qarşıdurmadan sonra hərbi imkanlarını gücləndirmək və Rusiya ilə Çindən dəstək almağa çalışır.

Newsweek sonda qeyd edir ki, İran və Rusiya bu ilin əvvəlində birgə təlimləri, texnologiya mübadiləsini və ortaq təhdidlərə qarşı koordinasiyanı əhatə edən bir müdafiə sazişi çərçivəsində münasibətlərini daha da gücləndiriblər.