Avq 02, 2025 12:54 Asia/Baku
  • İran 10-cu dəfə Para-Taekvondo üzrə Asiya çempionatının qalibi olub

İran İslam Respublikasının para-taekvondo komandası ardıcıl 10-cu dəfə Asiya çempionatının qalibi olub.

Yarışın bu turu 18 ölkədən 107 idmançının iştirakı ilə cümə günü cümə keçirilib və Malayziyanın Kuçinq şəhəri yarışlara ev sahibliyi edib. 

İranın milli para-taekvondo komandası bu yarışlarda üç qızıl, üç gümüş və aitı bürünc medal qazanaraq, ardıcıl onuncu dəfə Asiya Çempionatının qalibi olub. 

İranın kişilərdən ibarət para-taekvondo üzrə milli komandası bundan əvvəl doqquz dəfə çempionluq titulunu qazanmışdı və bu dəfə də titulunu qoruyaraq, birinci kürsüdə dayanıb. 

Qadınların yarışında isə İran idmançıları ikinci yeri tutublar.