İran XİN şəhid Həniyyənin terror edilməsinin ildönümü ilə əlaqədar bəyanat yayıb
İran Xarici İşlər Nazirliyi şəhid İsmayıl Haniyənin şəhadətinin ildönümü münasibəti ilə yaydığı bəyanatda onun terror edilməsini böyük cinayət və beynəlxalq hüququn prinsip və normalarının pozulması adlandırıb və onu törədənlərin mühakimə olunmasına çağırıb.
Bəyanatda deyilir: İran İslam Respublikasının Xarici İşlər Nazirliyi o böyük şəhidin və şəhid Hacı Qasım Süleymaninin çoxdankı yoldaşının xatirəsini ehtiramla yad edir və vurğulayır ki, məzlum Fələstin xalqı işğal boyunduruğundan azad olunana və öz müqəddəratını təyinetmə hüququ əldə olunana qədər şəhid Həniyyə və müqavimətin digər şəhidlərinin yolu qətiyyətlə davam etdiriləcək.
İran İslam Respublikası sionist rejimin təcavüzlərinə qarşı təbii özünümüdafiə hüququndan qətiyyətlə istifadə etmək əzmini vurğulayır, bütün dövlətlərin humanitar hüququn ciddi pozuntularına qarşı durmaq və davam edən soyqırımı dayandırmaq üçün məsuliyyətini xatırladır və məzlum Qəzzə xalqına kömək etmək və Fələstin xalqına qarşı qətliamların davam etməsinin qarşısını almaq üçün əməli və təsirli tədbirlər görməyə çağırır.