İranın qonşu ölkələri sionist rejimin öz ərazilərindən sui-istifadə etməsinin qarşısını almalıdırlar
https://azeri.sahartv.ir/news/İran-i421142-İranın_qonşu_ölkələri_sionist_rejimin_öz_ərazilərindən_sui_istifadə_etməsinin_qarşısını_almalıdırlar
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi Azərbaycan Respublikası ilə Ermənistan arasında sülh müqaviləsinin yekunlaşması ilə bağlı nikbinliyini ifadə edərək, qonşu ölkələri sionist rejimin öz ərazilərindən sui-istifadə etməsinin qarşısını almağa çağırıb.
(last modified 2025-08-04T08:24:10+00:00 )
Avq 04, 2025 12:21 Asia/Baku
  • İranın qonşu ölkələri sionist rejimin öz ərazilərindən sui-istifadə etməsinin qarşısını almalıdırlar

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi Azərbaycan Respublikası ilə Ermənistan arasında sülh müqaviləsinin yekunlaşması ilə bağlı nikbinliyini ifadə edərək, qonşu ölkələri sionist rejimin öz ərazilərindən sui-istifadə etməsinin qarşısını almağa çağırıb.

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü deyib: Eyni zamanda, bir məsələ bizim üçün çox vacibdir və bütün region ölkələri tərəfindən riayət edilməlidir. O, məsələ də, üçüncü tərəflərin və qeyri-regional amillərin Cənubi Qafqazın işlərinə qarışmasına imkan verməməyin vacibliyidir, çünki bu, işləri çətinləşdirəcək və region ölkələrinin maraqlarına uyğun olmayacaq.