İran Xarici İşlər Nazirliyi Qafqaz regionunda baş verən son hadisələrlə bağlı bəyanat yayıb
Bəyanatın deyilir: İran İslam Respublikası Cənubi Qafqaz regionunda baş verən hazırkı prosesləri yaxından izləyir və bu hadisələrlə bağlı iki qonşu ölkə olan Azərbaycan Respublikası və Ermənistan Respublikası ilə əlaqə saxlayır
Şübhəsiz ki, Qafqaz regionunda sülh və sabitlik bütün region ölkələrinin marağındadır. İran İslam Respublikası iki ölkənin sülh sazişinin mətnini yekunlaşdırmasını alqışlayır və bu inkişafı regionda davamlı sülhün əldə edilməsi istiqamətində mühüm addım kimi qiymətləndirir
Eyni zamanda, hər hansı bir formada, xüsusən də müştərək sərhədlərin yaxınlığında hər hansı xarici müdaxilənin regionda davamlı təhlükəsizlik və sabitliyə xələl gətirən mənfi nəticələrindən narahatlığını ifadə edir.
İran İslam Respublikası öz milli hüquq və mənafelərini qorumaq üçün bütün siyasi, hüquqi və iqtisadi tədbirlərin görülməsinin zəruriliyini vurğulamaqla yanaşı, rabitə marşrutlarının yaradılması və kommunikasiya şəbəkələrinin açılmasının region ölkələrinin sabitliyinə, təhlükəsizliyinə və iqtisadi inkişafına xidmət edəcəyinə inanır, bir şərtlə ki, bu, region ölkələrinin milli suverenliyi və ərazi bütövlüyü nəzərə alınmaqla, heç bir xarici müdaxilə olmadan və ümumi maraqlar çərçivəsində olsun.
İran İslam Respublikası 3+3 mexanizmi kimi ikitərəfli və regional əməkdaşlıq vasitəsilə regionda sülh, sabitlik və iqtisadi inkişafını qorumaq üçün həm Azərbaycan Respublikası, həm də Ermənistan Respublikası ilə konstruktiv və qarşılıqlı faydalı əməkdaşlığı davam etdirməyə hazırdır", - deyə bəyanatın sonunda qeyd olunub.