Dünya şöhrətli iranlı miniatürçü rəssam dünyasını dəyişdi
Ustad Fərşçiyan İsfahanda son mənzilə yola salınacaq
İranın tanınmış və sevilən miniatür sənəti ustası Mahmud Fərşçiyan ABŞ-da dünyasını dəyişib.
Ustad Fərşçiyan 1929-cu ildə İsfahanda dünyaya gəlib və öz incəsənət təhsilinə burada başlamaqla yanaşı, Avropada da öz bacarıqlarını təkmilləşdirdi. Ustad ənənəvi İran miniatür məktəbini müasir elementlərlə birləşdirərək dünya səviyyəsində tanınan və həmçinin İran daxilində; o cümlədən İmam Rza (ə) hərəmində nümayiş olunan əsərlər yaratmışdır. Mahmud Fərşçiyanın ən məşhur əsərlərindən biri “Aşura Günü Axşamı” tablosudur.Bu rəsm 1976-cı ildə çəkilib və Kərbəla faciəsindən sonra, Aşura gününün axşamını təsvir edir.
Tabloda İmam Hüseynin (ə) şəhid edilməsindən sonra səhnə canlandırılır.Fərşçiyan bu əsərdə İran miniatür ənənəsini müasir ifadə tərzi ilə birləşdirib.Hazırda Aşura günü axşamı əsəri Tehranda İmam Rza Muzeyində saxlanılır və hər il minlərlə insan onu ziyarət edir.Dünya şöhrətli miniatür ustadı kimi tanınan Mahmud Fərşçiyan 2025-ci il avqustun 8-də, səhər saat 8-də 95 yaşında Amerikada dünyasını dəyişmişdir. Onun vəfatı sənət camiəsində dərin kədər doğurub. Vəsiyyətinə görə ustadın cənazəsi İsfahana gətirilərək, klassik iranlı şair Saib Təbrizinin qəbrinin kənarında torpağa tapşırılacaq. Allah rəhmət eləsin!