Ərdəbilli deputat Tramp fitnəsindən danışdı
Nikzad: Amerika yeni Zəngzur dəhlizi planı ilə regionu müharibəyə sürükləyir
Amerikanın yeni Zəngzur dəhlizi planının məqsədi region ölkələrinin işlərinə qarışmaq və xaos yaratmaqdır; əslində Zəngzur sülh dəhlizi deyil, müharibə dəhlizidir.
İran parlamenti - İslam Şurası Məclisi sədrinin müavini Əli Nikzad Ərdəbildə jurnalistlərə müsahibəsində bu barədə deyib: “Ağılsız ABŞ prezidenti yeni Zəngzur dəhlizi planını həyata keçirməyə can atır. Sual budur ki, əgər bu layihə sülh üçündürsə, Azərbaycan və Ermənistana öz problemlərini həll etməyə və sülhü bərqərar etməyə icazə vermirlər?”. Millət vəkili qeyd edib ki, Amerika regiondan 13 min kilometr uzaqlıqdan ölkələrin işlərinə qarışır və əgər bu dəhliz kommersiya məqsədləri üçün nəzərdə tutulursa, niyə orada hərbi şirkət yerləşdirilib Trampın dəhliz planını həyata keçirəcək?
Nikzad əlavə edib: “İran Xarici İşlər Nazirliyinin bu məsələyə tez reaksiya verməsini və etiraz bildirməsini gözlədiyirik. İslam Şurası Məclisi bu plana qarşıdır və heç bir şəkildə ölkəmizin sərhədlərində geosiyasi dəyişiklikləri qəbul etməyəcək”.
İslam Şurası Məclisinin sədr müavini sonda deyib: “Ermənistan və Azərbaycan Respublikasının rəhbərlərinə tövsiyəm odur ki, ABŞ-ın vədlərinə güvənməsinlər və əvvəlki razılaşmalarına qayıtsınlar”.