Avq 11, 2025 16:56 Asia/Baku
  • Sülh müqaviləsi Cənubi Qafqazda sülh və təhlükəsizliyin təsbitində dönüş nöqtəsi ola bilər

İran Xarici İşlər Nazirliyinin sözçüsü Azərbaycan Respublikası ilə Ermənistan arasındakı sülh müqaviləsinə münasibət bildirib.

İsmayıl Bəqayi bu barədə belə deyib: Bu qənaətdəyik ki, sülh müqaviləsi Cənubi Qafqazda sülh və təhlükəsizliyin təsbitində dönüş nöqtəsi ola bilər. Yaxın gələcəkdə İran və Ermənitan başçıları arasında yüksək səviyyədə məşvərətlər aparılacaq və öz nigarançılıqlarımızı onlarla paylaşacağıq.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi nazirliyin mətbuat konfransında söyləyib: Biz daim Cənubi Qafqazdakı qonşu ölkələrlə yaxın əlaqədə olmuşuq və əlaqədəyik. Həm Azərbaycan Respublikası, həm də Ermənitan Respublikası ilə yaxşı əlaqələrə malikik. Qarşılıqlı maraqlara və dinc yanaşı yaşamaya əsaslanan dostcasına əlaqələrə böyük dəyər veririk. Təbii ki, bizim gözləntimiz və adi proses ona əsaslanıbdır ki, birbaşa və ya dolayısı ilə İran İslam Respublikasının mənafeyini təsir altına ala biləcək dəyişikliklər barədə bu ölkələrlə əlaqədə olaq.

Çox öncələrdən Ermənistanla bu məsələlər və sülh müqaviləsinin bağlanmasının prinsipi barədə danışmışdıq. Bu, yeni bir məsələ deyil- deyə, Bəqayi bildirib.

O, əlavə edib: Hesab edirik ki, bu sülh müqaviləsi Cənubi Qafqazda sülh və sabitliyin təsbitində dönüş nöqtəsi ola bilər. Bu gün və sabah İran İslam Respublikası və Ermənitan Respublikasının  başçıları arasında yüksək səviyyədə məşvərətlər aparılacaq ki, hadisələrdən xəbərdar olaq və lazım gələn halda öz mülahizə və nigarançılıqlarımızı bir araya gətirək.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktor müavininin İrana səfəri barədə isə bildirib ki, danışıqlar sionist rejimlə Amerikanın təcavüzləri, həmçinin İran İslam Şurası Məclisinin qərarının nəzərdə tutulması ilə həyata keçiriləcək.

Bəqayi bildirib ki, agentliyin bu rəsmisi İran xarici işlər naziri cənab İraqçı ilə görüşəcək. O, əlavə edib: İndidən demək olmaz ki, danışıqların nəticəsi nə olacaq. Biz agentliyin İranın nüvə təsisatlarına qarşı hücumu pisləmədiyinə görə, agentlikdən gileyliyik.