Avq 12, 2025 12:19 Asia/Baku
  • Dünyanın jurnalistlərin terroruna reaksiya əvəzinə, susması, qulaqbatırıcıdır

İran xarici işlər naziri fələstinli jurnalistlərin terroruna reaksiyada «X» şəbəkəsində yazıb ki: Bu hərəkət, uçuruma yuvarlanmaqda olan təcrid olunmuş mənfur bir rejimin dəhşətə gəlməsinin nişanəsidir.

Seyid Abbas Əraqçı əlavə edib: İsrail bir neçə görkəmli və mötəbər fələstinli jurnalisti məqsədyönlü şəkildə terror edib. Sizcə, bu, güc, yoxsa, uçuruma yuvarlanmaqda olan dünya səviyyəsində təcrid olmuş mənfur bir rejimin dəhşətə gəlməsinin nişanəsidir?

Bu faciələrin bitəcəyi zaman, dünya xalqları Qərb dövlətlərinin əlbir olduqlarını onların nəzərinə çatdıracaqlar. Onların utancverici sükutu, qulaqbatırıcıdır- deyə, İraqçı bildirib.

Əlcəzirə telekanalının məlumatına əsasən, dünən İsrail rejimi ordusunun bir pilotsuz uçuş aparatı jurnalistlərin Əl-Şifa xəstəxanasının yaxınlığında yerləşən çadırına basqın edib. Bu hücumda bir neçə fələstinli jurnalist, o sıradan, Ənəs Əl-Şərif və Məhəmməd Əl-Qəriqə hədəfə alınıb.