Avq 12, 2025 17:47 Asia/Baku
  • Ölkələrin suverenlikləri və ərazi bütövlüklərinə hörmətə riayət edilməlidir

Ermənistan xarici işlər naziri İran xarici işlər naziri ilə telefon əlaqəsində İraqçını son hadisələr, o sıradan, Azərbaycan Respublikası ilə sülh sazişi, regional nəqliyyat marşrutları qarşısındakı maneələrin aradan qaldırılması, kommunikasiyaların genişləndirilməsi və bu razılaşmaların icrası üzrə növbəti addımlar barədə məlumatlandırıb.

Ermənistan İrana dost və qonşu ölkədir- deyən Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, İrəvan Tehranla qarşılıqlı maraqlara və dinc yanaşı yaşamaya əsaslanan dostcasına əlaqələrin qorunmasını prioritet qərar verib və bu əlaqələrə böyük dəyər verir.

İran xarici işlər naziri Seyid Abbas İraqçı da öz növbəsində, Ermənistanla Azərbaycan Respublikası arasında sülhün bərqərarını alqışlayıb.

İranın/ qovşaq şəbəkələrinin qarşısındakı maneələrin aradan qaldırılması və əlaqə yolları barədəki mülahizələrinə işarə edən İraqçı vurğulayıbdır ki, bu marşrut regionda geo-siyasi dəyişikliyə və ya İranın digər qovşaq yollarına əlçatanlığının kəsilməsinə bais olmamalıdır.

İraqçı qeyd edibdir ki, hər bir qərar və addımda ölkələrin suverenlikləri və ərazi bütövlüklərinə hörmətə tam şəkildə riayət edilməlidir.